Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində silah-sursat aşkar olunub. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qəsəbə ərazisindən “AKS-74” markalı avtomat silahı və 7 ədəd patron tapılıb. Aşkar olunan sursat Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən ələ keçirilib.
Fakt araşdırılır.