Binəqədi rayonunda sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə metronun “Xocəsən” stansiyası yaxınlığında baş verib. Yük maşını hərəkətdə olan zaman dayanacaqda dayanan 155 saylı sərnişin avtobusuna çarpılıb. Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar davam edir.
[video width="640" height="360" mp4="https://bakuplus.az/storage/photos/2023/07/oxu.mp4"][/video]