Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlər dəfn olunublar. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən hərbiçi 15 avqust tarixində Camaləddin İbrahimov Bakı şəhəri, Suraxanı rayonu Əmircan kəndində dəfn olunacaq.
Daha 6 hərbiçi – Camalov Elman Hüseyn oğlu, Əbilov Əbülfəz Əbülfət oğlu, Hüseynov Cavanşir Ərşad oğlu, mülki şəxs Şirinov Tahir Şirin oğlu Abşeron rayonu Mehdiabad qəsəbəsində, Yarıyev Qənbər Teymur oğlu isə Salyan rayonunda, Mülki şəxs Zeynalova Təranə (Əsmayə) Davud qızı isə Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək.