Binəqədi rayonunun Biləcəri qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kamal Cəlilovun idarə etdiyi "Hyundai HD 120" markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub. Nəticədə ağır xəsarət alan F.Fəttayev xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.