Bakıda 181 nəfəri aldadan şəxs tutulub. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
37 yaşlı Toğrul Kərimov özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim edərək sosial şəbəkələrdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək insanların pulunu mənimsəyib. Bu yolla o, 181 nəfəri aldadıb.
T.Kərimovun qanunsuz əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.