Bakı küçələrini su basıb. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakıda yağışdan sonra bir neçə ərazidə kanalizasiya daşıb.
Tbilisi prospektində, Zivərbəy Əhmədbəyov, Cəfər Cabbarlı, Füzuli küçələrində daşan kanalizasiya suları hərəkəti iflic edib. Füzuli küçəsindəki dairədə isə böyük bir gölməçə yaranıb və avtomobillərin hərəkəti mümkünsüz olub.