Paytaxtın Yasamal rayonu, A.Şərifzadə küçəsində əcnəbi vətəndaşı avtomobil vurub. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Elcan Vəliyev “Toyota” markalı avtomobillə H.Naimini vuraraq hadisə yerindən uzaqlaşıb. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırmalar davam edir.