Paytaxtın Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində “BakuBus” qəzaya düşüb. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az xəbər verir.
14 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu “Mercedes” markalı nəqliyyat vasitəsilə toqquşub. Şahidlərin sözlərinə görə, iki nəfər başından xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırmalar davam edir.