Paytaxtın Yasamal rayonunda ənənəvi iməcilik keçirilib. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.
İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənmiş, eyni zamanda parklarda sanitar təmizlik işləri aparılıb.
Eyni zamanda yaşıllıq zolaqlarına lazımi qulluq edilib.