Bakı Dairəvi yolunda 4 maşın toqquşub. Bu haqda 18 aprel tarixində APA məlumat verib.
Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində “Toyota” markalı avtomobil nasaz vəziyyətdə olduğu üçün qəfil dayanıb.
Arxasınca gələn “Mercedes” markalı avtomobil ani anda əyləcdən istifadə edib. Qəfil dayanan avtomobilə eyni istiqamətdə hərəkətdə olan “Opel” markalı maşın, daha sonra isə “Saipa” markalı nəqliyyat vasitəsi çırpılıb.
Qəza nəticəsində “Saipa”-da olan bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.
[caption id="attachment_40995" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]