Paytaxtın Yasamal rayonunda yeniyetmə qəzaya düşüb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
17 yaşlı Vuqar Allahverdiyev motosikletlə hərəkət edən zaman idarəetməni itirib və maneələrə çarpılıb. Nəticədə sürücünün qolu sınıb. O, xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam edir.