Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi baş verib. Bu haqda bu gün, 7 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Vahid Hüseynov, Rauf Quliyev və Ruslan Ömərov həmyerliləri S.Aslanovu döyərək onun mobil telefonunu oğurlayıblar. Onlar saxlanılıblar.
Saxlanılanlar barəsində araşdırmalar davam edir.