Paytaxtın Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
27 yaşlı Kamran Muradov mübahisə edən zaman 31 yaşlı Ümid Məmmədovu baş, boğaz və kürəyindən bıçaqlayıb və hadisə yerindən qaçıb.
Ü.Məmmədov M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Təqsirkar saxlanılıb. Fakla bağlı cinayət işi başlanılıb.