Yasamal rayonunda kişi bədbəxt hadisənin qurbanı olub. Bu haqda 30 sentyabr tarixində Lent.az məlumat verib.
A.M.Şərifzadə küçəsində 51 yaşlı Afiq Qəhrəmanov küçədə yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlayıb.