Yasamal rayonunda “Baku Bus”un avtobusu qəzaya uğrayıb. Bu haqda 29 sentyabr tarixində APA məlumat verib.
Şəfayət Mehdiyev küçəsində “Opel” markalı avtomobilin sürücüsünün sükana nəzarəti itirməsi nəticəsində nəqliyyat vasitəsini “Baku Bus” MMC-yə məxsus avtobusa çarpıb. Qəza nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.
İlkin məlumata görə, avtomobilin sürücüsü hipertoniyadan əziyyət çəkirmiş.
[URIS id=71936]