Yasamal rayonu, Çingiz Mustafayev küçəsində baş vermiş yanğının təfərrüatları məlum olub. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az məlumat verir.
Aldığımız məlumata görə, alışma blokda, 2 və 3-cü mərtəbənin arasında başlayıb. Ümumilikdə 5 evə ziyan dəyib.
Yanğın, hadisə nəticəsində dünyasını dəyişən 74 yaşlı Yelen Abdullayevanın yaşadığı evin qapısından başladığı üçün o, mənzildən çıxa bilməyib.
Yaşayış binasından 7 nəfər təxliyə edilib. Sakinlərin sözlərinə görə, onlar çöldə gecələmək məcburiyətində qalıblar.
Hazırda hadisə yerində müvafiq qurumlar, o cümlədən “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən alışmanın səbəbləri araşdırılır.
[caption id="attachment_44867" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]