Paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Volkswagen” markalı avtomobil işıqforun qırmızı işığına məhəl qoymadan yol kəsişməsinə daxil olub və digər yolda hərəkət edən “Mercedes” markalı nəqliyyat vasitəsinə çarpılıb. Nəticədə sonuncunun sürücüsü və sərnişini xəsarət alıb. Onlar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam edir.