Paytaxtın Yasamal rayonu, Əhməd Cəmil ilə Həsən Məcidov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az xəbər verir.
Avtomobillərdən biri işıqforun qırmızı işığını gözləmədən dördyola daxil olub. Bu zaman digər yoldan gələn nəqliyyat vasitəsi birinciyə çırpılıb.
Xəsarət alan olmayıb. Hadisə yerində poli əməkdaşları cəlb olunb. Araşdırmalar davam edir.