Paytaxtın Yasamal rayonunda mənzildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mingəçevir şəhər sakini Ə.Məmmədov rayon ərazisində yerləşən mənzillərin birindən 4300 AZN və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.