Bakıda mənzildə meyit aşkarlanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 15 avqust tarixində xəbər verir.
1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı daxil olan məlumata əsasında hadisə yerinə FHN-in əməkdaşları cəlb ediliblər.
Yasamal rayonunda yerləşən mənzilin giriş qapısını açan əməkdaşlar orada 1 nəfərin meyitini aşkarlayıblar.
Meyit aidiyyəti üzrə təhvil verilib.