Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində avtoqəza yanğına səbəb olub. Bu haqda bu gün, 2 fevral tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
“Daewoo” markalı nəqliyyat avtomobil sürətlə hərəkət edən zaman “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə birinci yanmağa başlayıb.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.