Yasamal rayonunda Tovuz rayon sakini olan narkoman saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyi xəbər verib.
Polisin keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılıb. Onun üzərində 42 qramdan artıq heroin, 27 qramdan artıq metamfetamin və 30 ədəd metadon aşkar olunub.
Faktla bağlı araşdırma davam edir.