Bakının Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində yol qəzası baş verib. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Verilən məlumata əsasən, “Toyota Prius” markalı avtomobil “Nissan X-Trail”-ə çarpılıb. Hadisə yerinə Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar.
Toqquşma nəticəsində xəarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/10/whatsapp-video-2022-10-03-at-12.49.181.mp4"][/video]