Bakının 2 rayonunda avtomobil qaçırılıb. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Yasamal rayonunda yerləşən avtoyuma məntəqələrinin birində işləyən Tərlan Babayev həmin məntəqədən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinərək saxlanılıb.
Nizami rayonunda isə bir nəfər yeniyetmə “VAZ-2106” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinərək tutulub.
Hər 2 faktla bağlı araşdırmalar aparılır.