Bakının Yasamal rayonunda, Şərifzadə ilə Ü.Əkbərov küçələrinin kəsişməsində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 10 noyabr tarixində Report məlumat verib.
"QAZ-24" markalı avtomobili idarə edən 61 yaşlı Məhərrəməli Quliyev 61 yaşlı Anaxanım Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.