Paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsində avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 8 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini Fərid Həsənov adıçəkilən rayon ərazisində “Hyundai” markalı nəqliyyat vasitəsindən 31.500 AZN oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.