Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
14 sentyabr tarixində “BMW” markalı avtomobildən 7790 manatın oğurlanması barədə polis bölməsinə müraciət daxil olub.
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.