Bakının Yasamal rayonunda yanğın baş verib. Bu haqda bu gün, 10 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Ümumi sahəsi 25 kv.m olan obyektin xarici divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və 3 ədəd elektrik açarı yanıb.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.