Bakıda mənzildə gənc oğlanın meyiti tapılıb. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşən mənzilin eyvanında 28 yaşlı Rüfət Salmanovun asılmış cəsədi aşkarlanıb. Onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.