Bakıda “Kalaşnikov” avtomatını 5 min manata satmaq istəyən şəxs saxlanılıb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Yasamal RPİ 26-cı PB əməkdaşlarına Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Cahid Bağırov odlu silahı 5000 manata satmaq istəyərkən saxlanılıb. Baxış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 6 ədəd patron və 1 ədəd daraq aşkar edilərək ələ keçirilib.
Bağırov bir müddət əvvəl odlu silah aldığını, lakin polisə təhvil vermədiyini bildirib.
Araşdırma zamanı onun Yasamal rayonu ərazisindəki evlərin birindən təmir-tikinti aləti oğurlaması da məlum olub. Bağırov şübhəli şəxs qismində saxlanılıb, faktla bağlı araşdırma aparılır.