Bakının Yasamal rayonunda iki avtomobil yanıb. Bu haqda bu gün, 20 aprel tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
“Lexus” markalı minik avtomobilinin yanar hissələri, yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin isə salonu və mühərrik hissəsi yanıb.
Hadisə yerinə FHN bölmələri cəlb olunub, yanğın söndürülüb. Yaxınlıqda olan avtomobillər alovdan mühafizə olunub. Xəsarət alan olmayıb.