Bakının Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə ticərət obyektinə quraşdırılmış 2 kondisionerin 3400 manat dəyərində mühərriklərinin oğurlanması barədə məlumat daxil olub.
Aparılan tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı sakini E.Hacıyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.