Bakıda avtomobildən oğurluq edən şəxslər polis tərəfindən tutulublar. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 27 sentyabr tarixində xəbər verir.
Yasamal rayonu, M.Xiyabani küçəsində “Mercedes” markalı avtomobildən 17.250 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.