Yasamal rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Opel” markalı nəqliyyat vasitəsində qeydə alınıb. Nəticədə maşının idarəetmə lövhəsi alışıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.