Paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən su şirkətinin ofisindən oğurluq edilib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Elmar Babayev, Anar Kuliyev və Göyçay rayon sakini Hilal Salmanov ofisdən ümumi dəyəri 8450 AZN olan 5 ədəd su filtri oğurlamaqda şübhəli bilinirilər. Onlar saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam edir.