Bakının Yasamal rayonunda yerləşən restoranda yanğın olub. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Ümumi sahəsi 24 kv.m olan birmərtəbəli restoranın zirzəmidə yerləşən mətbəxində 1 ədəd fri aparatı yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar, restoranın qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.