Paytaxtın Yasamal rayonunda yerləşən uşaq bağçalarının birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, bağçanın divarından kombi aparatı oğurlanıb.
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməldə şübhəli bilinən O.Abdullayev müəyyən olunaraq saxlanılıb. Fakt araşdırılır.