Bakıda usta işlədiyi evdə intihar edib. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 20 oktyabr tarixində xəbər verir.
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən fərdi yaşayış evində paytaxt sakini, 35 yaşlı Hafis Ələkbərov usta işlədiyi evdə özünü asaraq intihar edib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.