Suraxanı rayonu, Zığ şosesinin ətrafı zibilliklə doludur. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az xəbər verir.
Söhbət “Yeni Zığ” Yaşayış Kompleksinin yaxınlığından gedir. Şosenin düz yanında zibillik və antisanitariya hökm sürür. Avtomobil yolunun yanı qarsalanmış, eləcə də pis qoxulu tullantılarla doludur. Bu da sakinlərin narazılığına səbəb olur.
Ətrafda bir çox yaşayış evləri də mövcuddur.