Bakının Binəqədi rayonunda elektrik təchizatında fasilə yaranıb. Bu haqda bu gün, 12 fevral tarixində Bakuplus.az Operativ Media-ya istinadən xəbər verir.
Fasiləyə səbəb “Mercedes” markalı yük avtomobilinin hərəkətdə olan zaman işıq xəttini qırması olub. Qəza nəticəsində rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılıb.
Əlavə olaraq, ərazidə olan qaz xəttinə də ziyan dəyib.
Hadisənin videogörüntülərini təqdim edirik: