Bakıda yolu zibilləyən şəxs məsuliyyətə cəlb olunub. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sosial şəbəkələrdə 90-GX-182 nömrəli “İJ” markalı avtomobildən yola zibil atılması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bu da insanların qəzəbinə səbəb olub.
Araşdırma nəticəsində qayda pozuntusu törədən A.Həsənzadə barəsində protokol tərtib olunub.
[video width="672" height="364" mp4="https://bakuplus.az/storage/photos/2024/02/video-whatsapp-2024-02-14-v-08.54.21_409fb7e2.mp4"][/video]