Suraxanı rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Zığ qəsəbəsində baş verib. Əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mürvət Əhədov qəsəbədə 3 evdən oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırma aparılır.