Bakının Zığ qəsəbəsində yol qəzası baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus sosial şəbəkələrə istinad edərək məlumat verir.
Belə ki, “Cola” və “Fanta” içkiləri daşıyan yük maşını Zığ şosesi ilə hərəkət edərkən aşıb. İlkin məlumata görə, sürücü idarəetməni itirib. Xəsarət alan və ölən barədə məlumat yoxdur.