“Zığ" Gəmi Təmiri və Tikintisi Zavodundakı insidentlə bağlı araşdırma aparılır. Bu haqda bu gün, 4 iyun tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Zavodun 61 saylı üzən tərsanəsində 5 əməkdaşın olması ilə bağlı araşdırmaya başlanılıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Ötən gün ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbi ilə 5 nəfər vəfat edib, 2 nəfər xəstəxanaya yerləşdirilib.