Paytaxtın Xətai rayonu, Zığ şosesi yaxınlığında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma adıçəkilən şosenin yaxınlığında bir neçə ticarət obyektində qeydə alınıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.