Zığ şosesində ağır xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Motosikleti idarə edən sürücü qarşıda hərəkət edən və qəflətən yolun kənarında dayanan avtomobilə çarpılıb. Yüksək sürətlə hərəkət edən motosikletçi zərbənin gücündən nəqliyyat vasitəsindən yıxılaraq yolun ortasına atılıb. Sürətlə gələn başqa bir avtomobilin sürücüsünün qəfil manevri motosikletçini təkərlərin altında qalmaqdan xilas edib.
Motosiklet sürücüsü ağır xəsarətlər alıb. O, hadisənin şahidləri tərəfindən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.