Bakıda evi qarət edən oğru saxlanılıb. Bu haqda 12 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan Təbriz Şahmarzadə tutulub.
Faktla bağlı araşdırma aparılır.