Bakıda yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ən azı üç nəfərin həyatına son qoya bilərdi. Bu haqda Oxu.az-a istinadən bu gün, 17 may tarixində xəbər verir.
Hadisə Zabrat yolunda baş verib.
Yüksək sürətlə hərəkət edən avtomobil yol kənarında dayanan 3 nəfərin üzərinə gedir və son anda sürücü sükanı əks istiqamətə çevirməyə nail olur. İdarəetməni itirən sürücü əks yola çıxaraq hərəkətdə olan digər nəqliyyat vasitələrinə çırpılır.
Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.
Son günlər paytaxt yollarında sürücü diqqətsizliyi səbəbindən baş verən qəzaların sayı artmaqdadır.