Bakının Sabunçu rayonunda Balaxanı-Zabrat yolunun kəsişməsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 7 fevral tarixində APA məlumat verib.
"Chevrolet Aveo" markalı minik avtomobili Post Patrul Xidmətinə (PPX) məxsus "Fiat" markalı avtomobilə çarpılıb. Nəticədə PPX avtomobilində olan Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları - Eldar Hacıyev və Taleh Əlizadə və “Chevrolet”də olan Sadiq Abbasov və Arif Məmmədzadə xəsarət alıblar. Hər 4 şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Arif Məmmədzadə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/02/sequence-01_2.mp4"][/video]