Paytaxtın Sabunçu rayonu, Zabrat yolunda zəncirvari qəza baş verib. Bu haqda bu gün, 8 noyabr tarixində Avtosfer.az məlumat verib.
99-OY-174 dövlət nömrə nişanlı “Uber” şirkətinə məxsus olan “Toyota Prius” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən arxadan işıqforun qırmızı işığında dayanan avtomobilə çarpılıb. Vurulan avtomobil zərbənin gücündən qarşısındakı avtomobilə dəyib. Nəticədə zəncirvari qəza baş verib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.